Logo

Koronavirusa görə distant təhsilə keçən liseyin karantin müddəti uzadılıb

29.11.2021 10:10 585 baxış
IMG

Koronavirusa görə noyabrın 12-də distant tədrisə keçən Məktəb Lisey Kompleksinin karantin müddəti uzadılıb.

Bu barədə Report-un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Məlumata görə, Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında, təhsil müəssisəsi dekabrın 3-nə qədər distant formada fəaliyyət göstərəcək.

Xatırladaq ki, Məktəb Lisey Kompleksinin 12 şagirdi və 3 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunduğundan komplekdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunmuşdu.

Xəbər lenti