Logo

X sinfə qəbul prosesi sabah yekunlaşır

29.11.2021 10:21 363 baxış
IMG

Peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda iştirak edib, ancaq qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbul prosesi 30 noyabr saat 18:00-da yekunlaşacaq. 

Tehsil.biz xəbər verir ki, qəbul prosesi  şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az) üzərindən elektron qaydada həyata keçirilir. 

Məsələ ilə bağlı əlavə məlumat almaq və texniki dəstək üçün valideynlər (qanuni nümayəndə) yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilərlər.

Xəbər lenti