Logo

Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Azerconnect” MMC arasında Anlaşma Memorandumu imzalanıb

29.11.2021 10:37 486 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Azerconnect” arasında əmək bazarının tələblərinə uyğun kadr hazırlığının dəstəklənməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. 

Tehsil.biz xbr verir ki, memorandum kadr ehtiyaclarının öyrənilməsi, razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığının təşkil edilməsi və tədris proqramlarının hazırlanması istiqamətində birgə əməkdaşlığı nəzərdə tutur.

Əməkdaşlıq çərçivəsində artıq “Ön ofis/satış təmsilçisi”, “İPTV üzrə quraşdırma mütəxəssisi” və “Əlaqə Mərkəzi Operatoru” istiqamətləri üzrə qısamüddətli təlimlərin icrasına başlanılıb. Təlimlər ənənəvi və ya hibrid formatda (həm onlayn, həm də ənənəvi) sahə üzrə çalışan mütəxəssislər tərəfindən tədris edilir. Təlimlərin keçirilməsində nəzəri biliklərlə bərabər, praktiki bacarıqların verilməsinə xüsusi önəm verilir.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev sözügedən əməkdaşlıqla bağlı qeyd edib ki, işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası strateji hədəflərdən biridir. Peşə təhsil müəssisələri əmək bazarının ehtiyaclarına uyğun kadrların hazırlanması istiqamətində işəgötürənlərlə müxtəlif səviyyələrdə əməkdaşlıq etməkdə hər zaman maraqlıdır. Bu istiqamətdə birgə əməkdaşlıq peşə təhsil müəssisələrinin real iş təcrübəsinə əsaslanan kadr hazırlığına dəstək göstərəcək.

Azerconnect şirkətinin Baş direktoru Emil Məsimov isə öz çıxışı zamanı bunları qeyd edib: “İKT sahəsində çalışan ən böyük işəgötürənlərdən biri olaraq yerli əmək bazarının fərqli imkanlarının öyrənilməsi və şirkətimizə peşəkar işçi qüvvəsinin cəlb edilməsini daim diqqət mərkəzində saxladıqlarını qeyd edib. İnanırıq ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə dövlət-özəl əməkdaşlığı formatında qurulan münasibətlərimiz peşə təhsilli vətəndaşlarımızın İKT sektorunda əmək fəaliyyətinə cəlb olunmasına, eləcə də yerli əmək bazarının potensialının daha da güclənməsinə öz töhfəsini verəcəkdir”.

Xəbər lenti