Logo

Xəzər və Selçuk universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib

29.11.2021 11:17 341 baxış
IMG

Xəzər Universitetinin rəhbərliyi Türkiyənin Selçuk Universitetinin nümayəndəsi ilə görüşüb.

Universitetdən bildirilib ki, görüşdə Xəzər və Selçuk universitetləri arasında baytarlıq təbabəti sahəsində əməkdaşlıq, magistratura və doktorantura tələbələrinə elmi rəhbərlik, birgə elmi işlər, konfrans, seminar və layihələr haqqında müzakirələr aparılıb.

Görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı, universitetin rektoru dosent İradə Xəlilova və Selçuk Universitetinin Mikrobiologiya departamentinin professoru Uğur Uslu iştirak edib.

Xəbər lenti