Logo

Nobel mükafatı laureatı Əziz Səncər Azərbaycana gəlir

29.11.2021 12:55 319 baxış
IMG

Türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər Azərbaycana gəlir.

Tehsil.biz xəbər verir ki, dünya şöhrətli alim Bakıda keçiriləcək UNEC İqtisadi Forumunda iştirak edəcək.

Forumun ilk günü, dekabrın 1-də Ə.Səncərin alimlərlə görüşü planlaşdırılır. O, dekabrın 2-də “Post-pandemiya dövründə elm və təhsil” adlı II paneldə çıxış edəcək.

Eyni zamanda Bakıda Ə.Səncərin 75 illik yubileyinə həsr olunan ziyafət təşkil olunacaq.

Qeyd edək ki, UNEC İqtisadi Forumu dekabrın 1-də Gülüstan sarayında başlayacaq. Beş panel üzrə 30-dək, o cümlədən 20-yə qədər nüfuzlu xarici spikerlərin çıxış edəcəyi forumun ana devizi “Zəfər Yolu”dur.

Eyni zamanda, forum çərçivəsində Nobel mükafatı laureatları, dünyanın tanınmış iqtisadçıları ilə xüsusi müzakirələr, gənc alimlərin və beynəlxalq elm olimpiadalarının qalibi olan şagirdlərin görüşləri, yeni kitabların təqdimatları, sərgilər və başqa maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Tədbir dekabrın 3-də başa çatacaq.

Xəbər lenti