Logo

Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunan şahmat yarışı keçirilib

29.11.2021 17:25 328 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) universitetin şəhid məzunu, Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunan şahmat yarışı keçirilib. AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və İdman klubunun təşkilatçılığı ilə keçirilən yarışa universitetin 66 tələbəsi qatılıb.

Yarışın gedişini AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin prorektorları izləyiblər.

Yarışda ilk üç yerin qalibi medal və diplomla təltif olunub.

Mükafatlandırılma mərasimində AzTU-nun İdman klubunun müdiri Aydın Ağəliyev, İdman klubunun müəllimi İsgəndər Rizayev və THİK-in sədri Mirməhəmməd Ələkbərli iştirak edib.

Xatırladaq ki, Milli Qəhrəman Çingiz Qurbanovun doğum gününə həsr olunan şahmat yarışı hər il keçirilir.

Xəbər lenti