Logo

BDU-nun əməkdaşları Türkiyədə keçirilən beynəlxalq konfransda çıxış ediblər

29.11.2021 17:43 463 baxış
IMG

BDU-nun əməkdaşları Türkiyədə “Rəqəmsal informasiya strukturlarında yeni nəsil həllər” mövzusunda beynəlxalq konfransda iştirak ediblər.

"ANKOSLink 2021" açıq elm, açıq giriş, smart kitabxanalar, açıq məlumat bazaları, elektron xidmətlər, beynəlxalq nəşriyyatlara abunəlik və COVID-19 sonrası kitabxana xidmətlərinin inkişafına yönələn beynəlxalq konfrans 22-25 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçirilib.

500-dən çox kitabxana və konsorsium rəhbərinin, kitabxana-informasiya mütəxəssisinin qatıldığı konfrans Antalya Bilim Universitetinin yeni kitabxanasının açılışı ilə işinə başlayıb. 4 gün davam edən konfransda BDU-nun Elmi Kitabxanası və Azərbaycan Kitabxana-İnformasiya Konsorsiumunun təşkilatçılığı ilə müxtəlif kitabxanalardan olan 10 nəfərlik qrupla kitabxana rəhbərləri və əməkdaşları iştirak edib.

Elmi Kitabxananın direktoru Nigar İsmayılova və kitabxananın şöbə müdiri, Azərbaycan Kitabxana-İnformasiya Konsorsiumunun rəhbəri Cəmilə Yusifova “Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (AZ.LIC) çərçivəsində “BDU-nun Elmi Kitabxanasının akademik kitabxanalarla metodiki iş və əməkdaşlığı” mövzusunda məruzə edib. Məruzədə BDU yarandığı tarixdən etibarən onun kitabxanasının təşkil olunması, bir əsrlik kitabxananın nadir və çox qiymətli fondu, oxucuları, klassik və elmi kitabxana kimi dəyəri, metodik statusu, Azərbaycan Kitabxana-İnformasiya Konsorsiumunun fəaliyyəti və ali məktəb kitabxanalarına dəstəyi haqqında məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

BDU-nun Elmi Kitabxanasının tanıtım videoçarxı konfrans iştirakçılarına nümayiş olunub.

Sonda məruzəçilər konfransın təşkilatçıları tərəfindən plaketlə təltif olunublar.

Xəbər lenti