Logo

BDU-da “Elmmetrik tədqiqatlar və informasiyanın qiymətləndirilməsi” mövzusunda müzakirələr aparılıb

29.11.2021 17:57 705 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Elmmetrik tədqiqatlar və informasiyanın qiymətləndirilməsi” mövzusunda elmi seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, elmi seminarda BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının magistrantı Validə Quliyeva mövzu ilə bağlı məruzə edib. Məruzədə elmmetriya termininin tarixi, bu sahənin inkişafı, informasiya cəmiyyətindəki mövqeyi barədə ətraflı məlumat verilib. İnformasiyanın qiymətləndirilməsində impakt faktorlu jurnalların rolu, təqdim olunan istinadların vacibliyi kimi mühüm istiqamətlər şərh olunub. Web of Science platformasının informasiyanın qiymətləndirilməsindəki fəaliyyəti, elmi jurnalların özünəistinad əmsalı, məqalələrin nisbi təsirlilik indikatorlarının fəaliyyət göstərdiyi kontekst, analitik üstqurumlar barəsində məlumatlar məruzədə əksini tapıb. Gənc tədqiqatçı bibliometrik tədqiqat üsullarının tətbiqi, mühüm faktorları, elmi istinad, birgə müəlliflik, elmi jurnalların impakt faktorunun hesablanması qaydaları kimi məsələləri təhlil edib, bu sahədə dünya təcrübəsindən istifadənin vacibliyini vurğulayıb. Məruzədə Azərbaycandan Web of Science bazasına daxil olan jurnallar, həmçinin BDU əməkdaşları, doktorantları və tələbələri tərəfindən Web of Science bazasına daxil olan dərgilərdə çap edilmiş məqalələr haqqında məlumatlar da diqqətə çatdırılıb.

Sonra məruzə ətrafında müzakirələr aparılıb. Kafedra müdirləri Sevda Xələfova, Nadir İsmayılov, Elçin Əhmədov, Knyaz Aslan, dosentlər Pərviz Kazimi, Rəşad Qardaşov, fəlsəfə doktoru Leyla Abasova məruzə ilə bağlı fikirlərini bildiriblər.

Xəbər lenti