Logo

Azərbaycan dili, ingilis dili, fransız dili və alman dili fənləri üzrə işçi qruplarının iclası keçirilib

29.11.2021 18:01 554 baxış
IMG

29 noyabr 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzində Azərbaycan dili, ingilis dili, fransız dili və alman dili fənləri üzrə işçi qruplarının iclası keçirilib.

Gündəlik məsələ buraxılış imtahanlarının məzmunu ilə bağlı materialların müzakirəsi olub. Müzakirələr zamanı materiallarla bağlı fikirlər bildirilib və təkliflər verilib. Söylənilən qeydlər materiallarda nəzərə alınıb.

Buraxılış imtahanlarının məzmunu ilə bağlı materiallar “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc ediləcək.

6 dekabr 2021-ci il tarixində müzakirələr davam etdiriləcək.

Xəbər lenti