Logo

Qazi müəllim: Hər qazanılan qələbə bir qəhrəmanlıq dastanıdır

29.11.2021 21:02 122 baxış
IMG

Vətən müharibəsi iştirakçısı olan müəllim Elnur Rüstəmovun bioqrafiyasını təqdim edirik:

Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən Elnur Elman oğlu Rüstəmov 1989-cu ildə anadan olub.

2006-cı ildə Bakı şəhəri 279 nömrəli tam orta məktəbi bitirib. 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.
2012-ci ildən paytaxtdakı 245 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışır.

Vətən Müharibəsi başlayan kimi könüllü olaraq cəbhə bölgəsinə yollanan E.Rüstəmov Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Vətən Müharibəsindəki şücaətinə görə o,  “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Hər qazanılan qələbə bir qəhrəmanlıq dastanıdır deyən E.Rüstəmov Azərbaycan gəncliyinin tariximizin şanlı zəfərinin müəllifinə çevrildiyini və gələcək nəsillərin də bundan örnək alaraq vətənpərvər ruhda yetişəcəyinə əminliyini bildirir.

Xəbər lenti