Logo

Qərbi Kaspi Universitetinin müəlliminə Fransanın Akademik Palmalar Ordeni təqdim edilib

29.11.2021 23:12 326 baxış
IMG

Qərbi Kaspi Universitetinin müəlliminə, sosioloqgiya üzrə elmlər namizədi Reyhan Hüseynovaya Fransanın Azərbaycandakı səfirliyində bu ölkənin elm və təhsil sahəsindəki xidmətlərə görə ən nüfuzlu mükafatı olan Akademik Palmalar Ordeninin təqdim edilib.

Səfir Zakari Qros qeyd edib ki, R.Hüseynova azərbaycanlı gənclər arasında fransız təhsilini yaymaq, onları Fransa ali məktəblərinə hazırlamaq üçün səmərəli işlər görür: “Hər il onlarla azərbaycanlının Fransada təhsil almaq arzusunu həqiqətə çevirirsiniz. Bu orden də bütün xidmətlərinizə görə ölkəmizin duyduğu minnətdarlığın rəmzidir”.

Qeyd edək ki, R.Hüseynova eyni zamanda Fransanın "Fəxri legion" Ordeninin Kavaleridir.

Xəbər lenti