Logo

2021-ci ilin ən yaxşı - Fotoları

30.11.2021 09:16 989 baxış
IMG

Dünyanın hər yerindən fotoqrafları tarixi və mədəni yerləri kəşf etməyə çağıran “Ən yaxşı tarixi fotoqraflıq mükafatları” öz qaliblərini tapıb.

Tehsil.biz xəbər verir ki, Stiv Liddiard tərəfindən çəkilmiş Uelsin Qover yarımadasındakı Uaytford Mayak 2021-ci ilin “ən yaxşı tarixi fotoşəkili” seçilib.

Con Boven tərəfindən dizayn edilmiş mayak 1865-ci ildə Uaytforddakı dayaz yerləri qeyd etmək üçün tikilib. İngiltərədə bu ölçüdə ikinci çuqun mayak yoxdur.

Müsabiqədə “Tarixi İngiltərə” kateqoriyasında mükafatı isə Sem Bindinqin Bristoldakı Klifton Asma Körpüsünün dumanlı gün doğuşu zamanı çəkilmiş fotosu qazanıb.

“Tarixin baş verdiyi yer” kateqoriyasında mükafat 1960-cı ilin oktyabrında Severn çayında faciəvi şəkildə toqquşmuş “Wastdale” və “Arkendale” gəmilərinin qalıqlarını pilotsuz təyyarə ilə çəkmiş İain McCalluma verilib.

Qeyd edək ki, müsabiqədə münsiflər heyəti orijinallığı, kompozisiyanı və texniki səriştəsini, həmçinin fotoşəkilin arxasındakı hekayəni və onun tarixi təsirini qiymətləndirir.

Qısa siyahıya türkiyəli Mehmet Masum Süer tərəfindən Nemrutda çəkilmiş Kommagene Krallığının Qalıqları adlı fotoşəkil də daxil edilib.

Müsabiqəyə təqdim edilən digər fotolar aşağıdakılardır:

Qafqazinfo

Xəbər lenti