Logo

Aqrar Universitetdə gənc müəllimlərlə görüş keçirilib

30.11.2021 09:36 365 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Türkiyənin Ege Universitetindən olan bir qrup professor-müəllim heyəti ilə ADAU-nun gənc müəllimləri arasında görüş baş tutub.

Tehsil.biz xəbər verir ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Elmi işlər üzrə prorektor Azad İbrahimov və Elm şöbəsinin müdiri Elçin Nəsirovun iştirak etdiyi görüşdə Ege Universitetinin professor-müəllim heyəti Web of Science, Scopus və Springer kimi elmmetrik bazalarda məqalələrin nəşri, nəşr olunan məqalələrə istinad sayının artırılması və bu elmmetrik bazaların günümüzdə elmi əsərlərə olan tələbləri ilə bağlı məsələləri müzakirə ediblər.

Həmçinin beynəlxalq nüfuzlu elmmetrik bazalarda məqalələrin nəşri üçün ehtiyac duyulan statistik proqramlardan (SPSS, Eviews, Stata, Amos və s) bəhs edilib və qeyd olunan proqramların gələcəkdə ADAU-da tədrisi ilə bağlı məsələlər, doktorantların xaricdə tədqiqat imkanları, ikili elmi rəhbərlə tədqiqat aparılması imkanları müzakirə olunub.

Xəbər lenti