Logo

BMU DTKTM ilə Türk Standartları İnstitutu arasında görüş keçirilib

30.11.2021 09:48 623 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzi (DTKTM) ilə Türk Standartları İnstitutunun (TSE) Azərbaycandakı təmsilçiliyi arasında görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, tərəflər universitetlərdəki mövcud keyfiyyət siyasətinin idarə olunması, TSE-nin ali təhsil ocaqları üçün təlim proqramları, eləcə də pandemiya dönəmindən sonra təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə görülən işlərlə bağlı fikir mübadiləsi aparıblar.

ISO 9001/2301 standartları və onların tətbiqi qaydaları ilə bağlı müzakirələrlə davam edən görüşdə, həmçinin TSE-nin BMU-da qurulması planlaşdırılan keyfiyyət idarəetmə sistemi ilə əlaqədar keçirilən təlim və seminarlar üçün tələb olunan şərtləri də nəzərdən keçirilib.

Xəbər lenti