Günəşdə güclü partlayış “internet apokalipsisi”nə səbəb ola bilər.
Bu barədə Kaliforniya Universitetinin informasiya texnologiyaları üzrə mütəxəssisi Sanqitu Abdu Cioti xəbərdarlıq edib.
Onun sözlərinə görə, bu partayış Atlantik okeanının dibi boyunca çəkilmiş şəbəkə kabellərinə təsir edə bilər. Bu kabellərdə işıq siqnal gücləndiriciləri zəif bənd sayılır; əlverişsiz bir ssenari halında onlar sıradan çıxa bilər, təmiri isə mümkün deyil.
Mütəxəssis qeyd edib ki, güclü günəş püskürməsi orta hesabla yüz ildə bir dəfə baş verir.
“Son bir əsrdə bu müşahidə olunmadığından Yerin hazırkı sakinlərinin onunla qarşılaşacağı gözlənilir”, - deyə ekspert əlavə edib. Oxu.az