Logo

Yaradıcılıq müsabiqəsinin final mərhələsi

30.11.2021 12:11 120 baxış
IMG

“Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsinin final mərhələsinə start verilib.

Tehsil.biz xəbər verir ki, müsabiqənin final mərhələsində iştirakçılar “Şeir” və “Mahnı” nominasiyaları üzrə çıxışlarını təqdim edirlər.

Final mərhələsində I yer üçün 3 nəfər, II yer üçün 3 nəfər, III yer üçün 3 nəfər olmaqla, ümumilikdə 9 şagird Münsiflər heyəti tərəfindən qalib kimi müəyyənləşdiriləcək. 5 nəfər həvəsləndirici yerə layiq görüləcək, 15 şagirdə isə fəal iştiraka görə “Tərifnamə” təqdim olunacaq.

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək, şagirdləri müsabiqəyə hazırlaşdıran müəllimlər isə “Tərifnamə” ilə təltif ediləcək.

Müsabiqənin əsas məqsədi təhsil  nazirinin əmri ilə  təsdiq  olunmuş  “Aşıq  Ələsgərin 200 illik  yubileyinin  qeyd  edilməsi  ilə  bağlı  Təhsil  Nazirliyinin Tədbirlər Planı”nın icrasını təmin etmək,  təhsilalanları ustad sənətkarın həyat və yaradıcılığı, Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etmək, xüsusi istedada malik olan şagirdləri üzə çıxarmaq, onların bədii-estetik zövqünü formalaşdırmaq və məktəblilərin yaradıcılıq səviyyələrinin yüksəldilməsinə dəstək verməkdən ibarətdir.

Xəbər lenti