Logo

İsrailli mütəxəssislər həkim-cərrahlarımzı yeni üsulla tanış edib

30.11.2021 13:43 106 baxış
IMG

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında həkim-cərrahlar və rezidentlər üçün seminar keçirilib. Seminarı klinikanın direktor müavini, professor Davud Pənahov açıb.

O,  tədbirdə iştirak edən İsrailin “Graftin international” və “3R Med Ltd” şirkətlərinin nümayəndələrini – Nitzan Hardufu, Marina Kuzini, Ben İshak Solomonu seminar iştirakçılarına təqdim edib. Qonaqların  təmsil olunduqları şirkətlərin istehsal etdikləri məhsullar və cərrahi əməliyyatlar zamanı tətbiq edilən üsullar barədə iştirakçılara ətraflı məlumat verəcəklərini qeyd edib.

Nitzan Hardufu çıxışında bildirib ki, “Graftin international" tibb sahəsinə aid xüsusi məhsulların istehsalı ilə məşğuldur. O, cərrahi əməliyyatlar zamanı tətbiq edilən məhsullardan və üsullardan söhbət açıb. Gec sağalan və o cümlədən şəkərli diabet zamanı əmələ gələn xroniki yaraların müalicəsində istifadə olunan üsul - Actigraft barədə məlumat verib. Bildirib ki, bu üsulu gec sağalan xroniki yaralar, dərinin təzələnməsi, qeysəriyyə əməliyyatları və s. yaralarda tətbiq etmək olar. Çox effektli olduğunu, dəri zədələnmələri və çapıq zamanı heç bir izin qalmadığını qeyd edib. N.Hardufu Actigraftın tətbiqi zamanı mərhələlərin ardıcıllığı barədə iştirakçıları məlumatlandırıb və belə bir üsulun Azərbaycanın həkim-cərrahları tərəfindən tətbiqinin uğuru və əhəmiyyətinə toxunub.                                                                                                   

Bir sıra xəstələrdə gec sağalan müxtəlif dərəcəli xroniki yaraların müalicəsində Actigraftın tətbiqi qonaq tərəfindən monitor vasitəsi ilə nümayiş etdirilib.

Yeni üsul iştirakçılar tərəfindən maraqla qarşılanıb. Seminar sual-cavab və işgüzar şəraitdə öz işini başa vurub.

Qeyd edək ki, seminarda ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, ATU TCK-nın rezidentlər üzrə məsul şəxsi, assistent Namiq Xəlilov da iştirak ediblər.

Xəbər lenti