Logo

İnformatika fənni üzrə beynəlxalq olimpiadadan gümüş medal

30.11.2021 14:13 475 baxış
IMG

24-29 noyabr 2021-ci il tarixlərində Bolqarıstanın Şumen şəhərində onlayn formatda informatika fənni üzrə 13-cü payız turniri təşkil edilib. 

Tehsil.biz xəbər verir ki, sözügedən yarışda iştirak edən məktəblilərimiz uğurla çıxış ediblər. Belə ki, aşağı yaş qrupu üzrə 15 ölkədən 168 məktəblinin qatıldığı olimpiadada Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Fidan Hüseynova gümüş medal qazanıb. 

Məktəblimizi təbrik edir və daha böyük uğurlar arzulayırıq. 

Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil İnstitutu və  “Azercell Telekom” MMC  arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Sözügedən müddətdə məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 1 qızıl, 7 gümüş və 18 bürünc olmaqla, ümumilikdə 26 medal əldə ediblər. 

Xəbər lenti