Logo

AzMİU-da “Dizaynın müasir problemləri” mövzusunda III Beynəlxalq elmi-praktiki konfransı keçirilib

30.11.2021 15:08 424 baxış
IMG

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Dizaynın müasir problemləri” mövzusunda onlayn formatda III Beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, konfransda ölkəmizin ali təhsil müəssisələri ilə yanaşı, qonşu ölkələrdən - Gürcüstan Texniki Universitetindən, Ufa Dövlət Neft Texniki Universitetindən, Kuban Dövlət Universitetindən, Yuri Kondratyuk adına Poltava Milli Politexnik Universitetindən, Qazaxıstan Baş Memarlıq və İnşaat Akademiyasından nümayəndələr,  gənc təqdiqatçılar və tələbələr iştirak ediblər. 

AzMİU-nun Dizayn kafedrasının müdiri Təranə Bəkirova konfransı giriş nitqi ilə açaraq gələn qonaqları salamlayıb, konfransın işinə uğurlar arzulayıb. AzMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva konfransda qoyulan mövzunun bu günümüz üçün aktual olduğunu deyib. N.Abdullayeva dizayn elminin, eləcə də dizayn sahəsinin sürətlə inkişaf etdiyini söyləyib, dizayn sahəsində ixtisaslı kadrların yetişdirilməsində AzMİU-nun gördüyü işləri diqqətə çatdırıb.

Prorektorun çıxışından sonra Azərbaycan Memarlar İttifaqının sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri, professor Elbay Qasımzadə, AMEA-nın müxbir üzvü, professor Rəna Abdullayeva, Aksessuar İnşaat Şirkətinin nümayəndəsi Nərminə Çakır, Embawood şirkətinin nümayəndəsi Yeganə Abdullayeva təbrik nitqlərini səsləndiriblər, konfransın önəmini qeyd edib, işinə uğurlar arzulayıblar.

Konfransın plenar iclasında AzMİU-nun Dizayn kafedrasının professoru Səyavuş Dadaşovun “Türk vizual linqvistikasının yeni ideyaları”, Dizayn kafedrasının professoru Yeganə Hacıyevanın “Eksperimental layihələndirmənin əsas prinsipləri” mövzusunda plenar məruzələri dinlənilib.         

Konfrans öz işini bölmələrdə davam etdirib.

Xəbər lenti