Macarıstanda 2022-2023-cü tədris ili üçün təqaüd proqramına sənəd qəbulu davam edir.
Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramı Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında yanvarın 6-da imzalanmış 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.
Sənəd qəbulu 2022-ci il yanvarın 15-i saat 23:59-a kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin yekun qərarının 2022-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.
Proqram çərçivəsində əlavə məlumatIarla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.