Logo

İqlim dəyişikliklərinə uyğunlaşma planı ilə bağlı məsələlər müzakirə olunub

30.11.2021 15:52 489 baxış
IMG

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilən iqlim dəyişikliklərinə adaptasiya layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Universitetin Elmi işlər üzrə prorektoru, dosent Azad İbrahimov, BMT İnkişaf Proqramının Ekoloji layihələr üzrə koordinatoru Çingiz Məmmədov, layihənin meneceri Zaur Əliyev, layihənin assistenti Cəvahir Muradova, professor-müəllim heyəti, tələbələr və ekspertlər iştirak ediblər.

Bildirilib ki, həyata keçirilən layihənin əsas məqsədi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Azərbaycanın iqlim dəyişikliklərinə adaptasiya planının hazırlanmasına kömək göstərməkdir.

Sonra iqlim dəyişikliklərinin kənd təsərrüfatı və su sektoruna təsirləri barədə təqdimatlar edilib. Qeyd edilən mövzu ətrafında müzakirələr aparılıb.

Sonda ekspertlər tərəfindən suallar cavablandırılıb.

Xəbər lenti