Logo

BŞTİ: 45 nömrəli tam orta məktəb distant tədrisə keçib

30.11.2021 16:00 929 baxış
IMG

Paytaxtdakı 45 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Tehsil.biz"ə bildirilib ki, 45 nömrəli tam orta məktəbdə COVİD-19 infeksiyasına yoluxma sayının artması ilə əlaqədar məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.

Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 45 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Xəbər lenti