Logo

BDU-nun Fizika Problemləri İnstitutunda elmi seminar keçirilib

04.12.2020 12:08 567 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.

 

Seminarda İnstitutunun “Nəzəri fizika” şöbəsinin aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Baxşı Mehdiyev “TlCrS2 və TlCrSe2 birləşmələrinin half-metallik xassələri” mövzusunda məruzə ilə çıxış edib.

 

Tədqiqat işi TlCrS2, TlCrSe2 və TlCrSSe hipotetik birləşmənin half-metallik xassələrinin ilkin prinsiplərdən sıxlıq funksionalı nəzəriyyəsinə əsaslanan xəttiləşdirilmiş lokal orbitallarla birləşdirilmiş müstəvi dalğalar plyus lokal orbital (FP-LAPW+lo) metodu vasitəsilə tədqiq edilməsinə həsr olunub. Aparılan nəzəri hesablamaların nəticələri TlCrS2 və TlCrSSe spin aşağı elektronlar üçün qadağan zonanın enerjisi (Eg)=0.12 eV olan half-metal olduğu göstərilib.  Məruzədə TlCrSe2 üçün tam maqnit momenti elementar özəyin həcmi artdıqca azalması, öz sabit qiymətini aldığı bildirilib. Enerji spektrində spin aşağı halı üçün qadağan zolağın əmələ gəlməsinin səbəbinin xalkogen atomlarının p-orbitallarının Cr atomunun d-orbitalları ilə güclü hibridləşməsinin nəticəsi olduğu da göstərilib.

 

Seminar mövzu ətrafında elmi diskusiya ilə başa çatıb.

Xəbər lenti