Logo

ADMİU-nun müəllimi Türkiyədə ustad dərsləri keçib

30.11.2021 18:17 373 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllimi, Əməkdar artist Nofəl Vəliyev Türkiyədə yaradıcılıq ezamiyyətində olub. Mersin şəhərində baş tutan VI Beynəlxalq Teatr Festivalına dəvət alan aktyor orada ustad dərsləri keçib. İki gün davam edən ustad dərslərinin mövzusu "Müşahidə, müşahidə etüdləri, müşahidə vasitəsi ilə xarakter yaradılması" olub.

Dərslərdən sonra Festivalın təşkilat komitəsi aktyoru xüsusi təşəkkürnamə diplomu ilə təltif edib.

Xəbər lenti