Logo

Əfqanıstanda təhsil mərkəzlərinin 50 faizi bağlanıb

30.11.2021 20:37 529 baxış
IMG

“Taliban” ölkəni ələ keçirdikdən sonra Əfqanıstanda son üç ay ərzində özəl təhsil mərkəzlərinin 50 faizindən çoxu bağlanıb.

“Tolo News”a açıqlamasında Özəl Təhsil Mərkəzləri Birliyinin rəhbəri Sancar Xalid deyib ki, bu təhsil ocaqlarının bağlanmasının əsas səbəbi ailələrin iqtisadi vəziyyətinin pisləşməsidir: “Əfqanıstanda baş verən dəyişikliklərlə bir çox təhsil müəssisələri - 40-50 faiz - öz fəaliyyətini dayandırıb. Buna səbəb təhsil mərkəzlərində tələbələrin sayının az olmasıdır” .

Keçən il ali məktəblərə qəbul imtahanlarında 34 əyalətdən 200 min tələbə iştirak edib. İslam Əmirliyi hakimiyyətə gələndə ölkənin bir çox əyalətlərində qızların 7-12-ci siniflərə getməsi qadağan edilib.

Xəbər lenti