Logo

Rəssam “əsər mənim deyil” deyir, ekspertlər əksini sübut edir - FOTO

30.11.2021 21:12 598 baxış
IMG

Məşhur rəssam Lusyen Freydin öz əsəri olduğunu inkar etdiyi “Standing Male Nude” tablosu üç fərqli müstəqil mütəxəssis tərəfindən yoxlanılıb. Onların hamısı əsərin Freydə aid olduğu bildirilib. Bəs dünyanın tanınmış rəssamı öz əsərindən niyə imtina etmişdi?

“Haber Global” bunun əsl səbəbi barədə hekayəni paylaşıb.

Nəşrin məlumatına görə, 25 il əvvəl isveçrəli sənət kolleksioneri keçirilən hərracların birində  Freydin çılpaq kişi bədəninin təsviri olan əsərini satın alıb. Sonradan rəssamın özü alıcı ilə əlaqə yaradaraq tablonu geri almaq istədiyini deyib. Ancaq kolleksiyaçı bu təklifdən imtina edib.

Bir neçə gün sonra rəssam kolleksiyaçıya yenə zəng çalıb, bu dəfə isə təhdid dili ilə danışıb:

“O rəsmi mənə satmazsan, əsərin mənim olduğunu inkar edərəm”, - deyə qətiyyətlə bildirib.

Adının açıqlanmasını istəməyən kolleksiyaçı sözlərinə belə davam edib:

“Freyd mənə zəng vuranda, “sənə ödədiyindən artığını verərəm, hətta iki qatını verərəm”, - dedi. Mən imtina etdikdə aqressivləşdi və pis ifadələr işlətməyə başladı, bir daha bu əsəri sata bilməyəcəyimlə hədələdi”.

Tablonu geri almayan rəssam sözünün üstündə durur və əsərin özünə aid olmadığını deyir. Əslində bu hekayə kolleksiyaçı üçün maraqlı olduğu qədər qorxunc nəticələrə səbəb ola bilərdi – Freydin də dediyi kimi, əsər heç vaxt öz dəyərində satılmaya bilərdi.

Qeyd edək ki, bitməmiş “Standing Male Nude” əsəri 1997-ci ildə  Cenevrədə vəfat etmiş bir kişinin əşyalarının satıldığı auksionda hərraca qoyulmuşdu. Əsər Freyin əsəri kimi kataloqa salınmışdı. Rəssamın sonradan bu əsərdən imtina etməsi ilə auksionlar bu əsərin satılması rədd edirdi (Freydin proqnozlaşdırdığı kimi).

Lakin illərlə çəkən araşdırmalar əsərə yeni can verdi. Üç fərqli müstəqil araşdırmada “Standing Male Nude” əsərin Freydə aid olduğu ehtimalının yüksəkliyi bildirildi. Hətta rəsmdəki bədənin rəssamın özünə aid ola biləcəyi də düşünülür. Bir çox ekspertlərin fikrincə, bəlkə də rəssam bu səbəblə əsərini geri almaq istəyib.

Qeyd edək ki, 2011-ci ildə həyatını itirən Freyd günümüzdə insanların çılpaq bədənlərini, adətən qəddar bir həqiqətlə və ustalıqla  təsvir etməsinə görə tanınıb.

Oxu.az

Xəbər lenti