Logo

ADU-nun müəllimi Fransanın Akademik Palma Ordeninin cəngavər dərəcəsi ilə təltif edilib

30.11.2021 21:48 541 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi Rafiq Mikayılov Fransa Təhsil və Gənclər Nazirliyinin Akademik Palma Ordeninin cəngavər dərəcəsi ilə təltif edilib. O, bu mükafata Fransanın Təhsil və Gənclər Nazirliyinin təşəbbüsü və  “Ümumdünya fransız dili müəllimləri günü” münasibəti ilə layiq görülüb.

Tədbirdə çıxış zamanı səfir Zakari Qross bu təltifi Fransanın Təhsil və Gənclər Nazirinin təşəkkürü kimi qiymətləndirib.

Qeyd edək ki,  Rafiq Mikayılov 23 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini  150 saylı rus  məktəbində alıb və 1966-cı ildə tam orta məktəbi bitirib. Elə həmin ildə M.F.Axundov adına Pedaqoji  Rus dili və Ədəbiyyatı insitutuna daxil olub. Birinci kursdan Avropa dilləri fakültəsinə keçib və 5 il avropa dilləri fakültəsində fransız dili şöbəsində oxuyub. 1995-ci ildən 2001-ci ilə qədər Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyində  işləyib.

2001-ci ildən Azərbaycan Dillər Universitetinin Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedradasında çalışır.

Xəbər lenti