Logo

ABŞ-də məktəbli üç şagirdi güllələyib öldürdü - Altı yaralı

01.12.2021 09:20 99 baxış
IMG

ABŞ-nin Miçiqan ştatının Oksford şəhərində məktəbdə baş verən atışma nəticəsində üç şagird həlak olub, altısı güllə yarası alıb.

Tehsil.biz “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədəştatın hüquq-mühafizə orqanları açıqlama yayıb.

Bildirilib ki, atəşi 15 yaşlı tələbə açıb. Saxlanılan silahlı hücum edən şəxs yarıavtomat tapançadan 15-20 atəş açıb.

Qeyd olunub ki, cinayətkar təkbaşına hərəkət edib. Hücum edən şəxs təslim olub, zabitlərə atəş açmayıb və özü də xəsarət almayıb.

Xəbər lenti