Logo

BSU-da elmi-praktik seminar keçirilib

01.12.2021 10:05 156 baxış
IMG

Noyabrın 26-da Bakı Slavyan Universitetində (BSU) “Psixoloq günü” ilə əlaqədar olaraq  Pedaqoji fakültənin Pedaqogika və psixologiya kafedrası nəzdində fəaliyyət göstərən “Sosial-Psixoloji Xidmət Mərkəzi”nin təşkilatçılığı ilə “Gənc alimlərin  elmi tədqiqatları” mövzusunda  elmi- praktik  seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, elmi-praktik seminarda “EMDR” Assosiasiyasının üzvü, psixoterapevt Yeganə Özçelebi, art-terapevt, “Proqressiv Psixologiya Mərkəzi” nin psixoloqu Heyran İbrahim iştirak ediblər.

Elmi-praktik seminarı giriş sözü ilə açan BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov “Sosial-Psixoloji Xidmət Mərkəzi”nin keçirdiyi silsilə tədbirləri, aksiyaları, gənclərin maarifləndirilməsi istiqamətində təşkil olunan  seminarları yüksək qiymətləndirib və pandemiya dövründə belə tədbirlərin  keçirilməsinin gənc nəsil üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulayaraq seminarın işinə uğurlar arzulayıb.

Elmi-praktik seminarın moderatoru, Pedaqogika və psixologiya kafedrasının dosenti Gülnarə Həsənova iştirakçılara “Sosial-Psixoloji Xidmət Mərkəzi” nin fəaliyyəti barədə ətraflı məlumat verərək Mərkəzin fəaliyyətini əks etdirən slaydı təqdim edib. Mərkəzin bu illər ərzində mühüm layihələr həyata keçirdiyini qeyd edən  dosent Gülnarə Həsənova “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə təhsil alan BSU tələbələrinin iştirak etdikləri maarifləndirici tədbirlər, yüksək nailiyyətlərinə görə layiq  görüldükləri diplomlar, sertifikatlar barədə söz açıb. O bildirib ki, Mərkəzinn təşkilatçılığı ilə karantin dövründə pandemiya ilə bağlı stressdən qorunmaq üçün mütəxəssislərin iştirakı ilə onlayn formatda tələbə və müəllimlər üçün psixoterapevtik seanslar keçirilib. 

Elmi-praktik seminarda BSU-nun Pedaqoji fakültəsinin III tədris ili tələbələrinin müxtəlif mövzuları əhatə edən məruzələri dinlənilib.

Gülsabah Abbaszadə “Pedaqoji fəaliyyətdə münaqişələr”, Günay Əzizova “Azərbaycanda psixoloji xidmətin inkişafı”, Nərminə Əliyeva “ “Workshop” tələbələrlə yeni iş növü kimi”, Arzu Axundzadə “Psixoaktiv maddələrin istifadəsi ilə bağlı xəstəliklərin etiologiyası”, Sevinc Həbibova “Ailə münaqişələri ilə psixoloq-məsləhətçinin işi ”, Süsən Hüseynli “Uşaqlarda emosional zəkanın inkişafı problemi”, Təhminə Lətifova ingilis dilində “The impact of technology on the development of addictive behavior in adolescents”, Minayə Məmmədova ingilis dilində “The problem of bullying”, Əsli Nərimanlı “Psixologiya elmində yeniyetmə aqressiyası problemi”, Günay Məmmədova “Müasir elm sahəsində diqqət dağınıqlığı problemi”, Vadim Rumyansev “Ali təhsil müəssisələrinin tələbələri tərəfindən qərarların qəbul edilməsinə təsir edən amillər”, Aysel Sadıqova “Ailədaxili münasibətlərin formalaşmasının əsas amilləri”, Anjelika Tarşinova “Kiberbulling və ya rəqəmsal mühitdə aqressiyanın qarşısını necə almaq olar? ” mövzularında  məruzələrlə çıxış ediblər.

Elmi-praktik seminarda tələbələrlə yanaşı, BSU-nun müəllim və doktorantlarının da məruzələri dinlənilib. Mehparə Babayeva “Təhsildə tələbələrin özünü reallaşdırmasına dair tədqiqatın ayrı-ayrı aspektləri”, Sevda Mansurova “Məktəb müvəffəqiyyətsizliyi problemi”, Ağca Süleymanova “Deviant yeniyetmələr tərəfindən tədris materialının qavranılmasının eksperimental tədqiqi”, Aybəniz Xəlilova “Azərbaycan psixologiyasında yaradıcılıq probleminin tədqiqi” mövzularında çıxış ediblər.

Daha sonra mövzular ətrafında fikir mübadiləsi aparılıb, tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Sonda tədbirdə çıxış edən məruzəçilərə diplom və sertifikatlar təqdim olunub.

Xəbər lenti