Logo

BSU-nun əcnəbi tələbələri ağacəkmə aksiyasında iştirak ediblər

01.12.2021 10:39 121 baxış
IMG

Noyabrın 20-də Bakı Slavyan Universitetində (BSU) təhsil alan əcnəbi tələbələr Təhsil Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və  IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.

Qeyd edək ki, ölkəmizdə təhsil alan əcnəbi tələbələrin iştirakı ilə keçirilən və Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan “Yaşıl marafon” ağacəkmə aksiyasının məqsədi ekoloji vəziyyətin yaxşılaşdırılması,yaşıllıqların artırılması, eyni zamanda əcnəbi tələbələrin şəbəkələşməsi və ictimai fəallığının artırılması, əcnəbilərin cəlbinin təşviqi, ölkəmizdə təhsil alan əcnəbi tələbələrin, həmçinin Dövlət proqramı məzunlarının da bu marafona töhfə verməsidir.

Binəqədi rayonunun Xocasən qəsəbəsində keçirilən ağacəkmə aksiyasında BSU-da Türkiyə, Rusiya, Macarıstan, Çin, Koreya, ÇAD, Pakistan və Hindistandan təhsil alan əcnəbi tələbələr iştirak ediblər.

Xəbər lenti