Logo

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri Adlı təqaüdə layiq görülüb

01.12.2021 11:16 609 baxış
IMG

2020-2021-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əla qiymətlərlə oxuyan,həmkarlar ittifaqı təşkilatlarının fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib. Qeyd edək ki, tələbələrdə elmə,təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təsis eilib. 

Təqaüd alanlar sırasında Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri də var. Onlar- İbişova Şəmsiyyə (Sosial iş fakültəsi), İbrahimli Aytac (Maliyyə-iqtisad fakültəsi), Muradova Fəridə (Maliyyə-iqtisad fakültəsi), Hüseynova Aytac (Sosial iş fakültəsi), Həşimova Aytac (Maliyyə-iqtisad fakültəsi), Rüstəmova Aynur (Maliyyə-iqtisad fakültəsi) Adlı təqaüdə layiq görülüblər. 

Xəbər lenti