Logo

SABAH tələbəsi Polşanın Poznan şəhərində təlimdə olub - Foto

01.12.2021 15:05 453 baxış
IMG

SABAH qrupları Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının III kurs tələbəsi Rəhim Abasov “Sağlam Düşüncə” Gənclər Təşkilatının vasitəsilə Erasmus+ proqramı  çərçivəsində Polşa Respublikasının Poznan şəhərində 20-29 noyabr 2021-ci il tarixlərində keçirilən “Escape rooms for Education: Fair future without Xenophobia’’ adlı təlimdə iştirak edib.

Tehsil.biz xəbər verir ki, layihənin məqsədi insan hüquqları, məişət zorakılığı və ksenofobiya kimi insan hüquqları problemləri haqqında məlumatlılığı artırmaq və müxtəlif metodlar tətbiq etməkdir. Təlim çərçivəsində tələbə tərəfindən təhsil məqsədli “İfadə azadlığı” otağı hazırlanmış və auditoriaya açıq elan olunmuşdur. Təlimdə Azərbaycanla yanaşı müxtəlif ölkələrin təmsilçiləri (Rusiya, Türkiyə, Ukrayna, Polşa, Latviya, Fransa, Almaniya və Avstriya) iştirak etmişdirlər. 

Qeyd edək ki, “Sağlam Düşüncə” təşkilatı komandaları 5 istiqamətdə - təhsilin keyfiyyətinin artırılması, ətraf mühitin mühafizəsi, ekoloji məsuliyyətin formalaşdırılması, sağlam həyat tərzinin təbliği, inklüziv cəmiyyətin formalaşdırılması, əlilliyi olan gənclərin sosial inteqrasiyası, Azərbaycanlı gənclərin beynəlxalq mübadiləsi və inkişafı üzrə bir çox yerli və beynəlxalq layihələr həyata keçirir. Təşkilat Erasmus+ proqramı ilə yaxından əməkdaşlıq edir və müxtəlif  beynəlxalq layihələrə Azərbaycan Respublikasını təmsil etmək üçün gənclər göndərir. 

Xəbər lenti