Logo

BDU-da Laçın rayonunun işğaldan azad edilməsinin ildönümünə həsr edilmiş tədbir keçirilib

01.12.2021 16:38 808 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində “BDU Könüllüləri”nin təşkilatçılığı ilə Laçın rayonunun işğaldan azad edilməsinin ildönümünə həsr edilmiş tədbir keçirilib.

Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, tarixi zəfərlə başa çatan Vətən müharibəsində, həmçinin 30 noyabr 2021-ci ildə helikopter qəzasında şəhid olan soydaşlarımızın unudulmaz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirin moderatoru, “BDU Könüllüləri”nin Kitabxanaçılıq-informasiya fakültəsi üzrə koordinatoru Diləfruz Ağamalıyeva bildirib ki, 1 dekabr xalqımızın taleyində əlamətdar günlərdən biridir. Ötən ilin 1 dekabrında Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəliyi ilə işğal altında olan sonuncu rayonumuz Laçın azad edilib. Bununla da 30 il davam edən işğala son qoyulub, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Vurğulanıb ki, Laçının işğaldan azad edilməsi Vətən müharibəsində əldə etdiymiz ən parlaq qələbələrdəndir.

Tədbirdə BDU könüllüsü Vüsal Məmmədovun hazırladığı “Azad Laçın” videoçarxı nümayiş etdirilib. BDU-nun professoru Xəlil İsmayılov, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, Birinci Qarabağ müharibəsinin veteranı Knyaz Aslan, qazi anaları - Zöhrə Camalova, Vəzufə Xudiyeva, Kitabxanaçılıq-informasiya fakültəsinin qazi tələbəsi, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmiş Xəqan Məmmədov çıxış edərək tarixi günün əhəmiyyətindən, 44 günlük Zəfər tariximizdən, eyni zamanda bu gün Qarabağda aparılan quruculuq işlərindən bəhs ediblər.

Xəbər lenti