Logo

ADBTİA-nın prorektoru Monakoda keçirilən konfransda iştirak edib - Fotolar

01.12.2021 17:17 661 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağı-zadə noyabrın 24-dən 27-dək Monakoda keçirilən Beynəlxalq Olimpiya Komitəsinin İdmanda zədələrin və xəstəliklərin profilaktikası üzrə konfransında iştirak edib.

Tehsil.biz xəbər verir ki, hər üç ildən bir keçirilən bu konfrans idman təbabəti və müalicəvi bədən tərbiyəsi sahəsinin nümayəndələrini bir araya gətirən vacib beynəlxalq tədbirdir. Konfransın açılış nitqlərində idmançıların sağlamlığının Beynəlxalq Olimpiya Komitəsi üçün əsas prioritet olması vurğulanıb. Konfransda dünya üzrə nüfuzlu mütəxəssislərin spikerliyi və təqdimatı ilə çoxsaylı elmi sessiyalar və işçi müzakirələr keçirilib. 

Qeyd edək ki, elmi sessiyaların spikerlərindən biri də ASAPES-in ingilisdilli “İdman tibbi və reabilitasiya” ixtisaslaşması üzrə magistrant və “Bərpa təbabəti, idman təbabəti, müalicəvi bədən tərbiyəsi, kurortologiya və fizioterapiya” tibb və biologiya elm sahəsi, fəlsəfə doktoru proqramı üzrə doktorant və dissertantlarının elmi rəhbəri Böyük Britaniyanın UCL universitetinin professoru Maykl Luzmor olub.

Xəbər lenti