ABŞ-nin Miçiqan ştatının Oksford şəhərində məktəbdə baş verən atışma nəticəsində üç şagird həlak olub, altısı güllə yarası alıb.
Tehsil.biz “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədəştatın hüquq-mühafizə orqanları açıqlama yayıb.
Bildirilib ki, atəşi 15 yaşlı tələbə açıb. Saxlanılan silahlı hücum edən şəxs yarıavtomat tapançadan 15-20 atəş açıb.
Qeyd olunub ki, cinayətkar təkbaşına hərəkət edib. Hücum edən şəxs təslim olub, zabitlərə atəş açmayıb və özü də xəsarət almayıb.