Logo

Daşkəsəndə polis məktəblilərin qonağı olub

02.12.2021 13:10 115 baxış
IMG

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli tədbirlər görməklə yanaşı, həm də gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirirlər.

Daşkəsən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 1 saylı tam orta məktəbində “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Daşkəsən RPŞ-nin əməkdaşları ilə yanaşı, məktəbin pedaqoji heyəti və şagirdləri iştirak edib.

Daşkəsən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Seymur Əfəndiyev çıxış edərək dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın gətirdiyi bəlalardan, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb.

O öz çıxışında ən böyük sosial bəlalardan olan narkomaniyanın cinayətkarlığın artmasına təkan verdiyini və gəncləri “narkomaniyaya yox” deməyə, sağlam həyat yaşamağa və mənəvi kamilliyə, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yaşamağa çağırıb.

Sonda şagirdlərin sualları cavablandırılıb.

Xəbər lenti