Logo

"Sertifikasiyanın hansı ardıcıllıqda aparılması ilə bağlı müəyyən müzakirələr var" - Nazir

02.12.2021 13:37 2580 baxış
IMG

Təhsil Nazirliyi müəllimlərin sertifikasiya imtahanının keçirilməsinin gecikməsinin səbəblərini açıqlayıb.

Tehsil.biz xəbər verir ki, təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında əsas səbəb kimi pandemiya şəraitini göstərib.

Onun sözlərinə görə, sertifikasiya imtahanları davamlı və uzunmüddətli olur:

"Ona görə də imtahanlar arasında hər hansı fasilənin olmasını istəmirik. Bu səbəbdən yoluxma sayı aşağı düşəndə və daha dayanıqlı vəziyyətə çıxdıqdan sonra müəllimlərin sertifikasiyaya cəlb olunması prosesinə başlanılacaq. Sertifikasiyanın hansı ardıcıllıqda və alqoritmdə aparılması ilə bağlı müəyyən müzakirələr var. Bildiyiniz kimi, sertifikasiyanın ilk ilində hətta aşağı nəticə toplayan müəllimlər belə işlərindən uzaqlaşdırılmır, onlara növbəti ildə də şans veriləcək. Ona görə də pandemiyanın bir qədər də səngidiyi dövrdə bunun mövcud qanunvericiliyə uyğun olaraq keçirilməsi planlaşdırılır. İnanıram ki, bu, gələn il təsadüf edəcək".

Xəbər lenti