Logo

Modul tipli məktəb yandı - Video

02.12.2021 15:07 334 baxış
IMG

Quba rayonunda modul tipli məktəb yanıb.

Rayon Təhsil şöbəsinin müdiri Rüfət Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün qısaqapanma nəticəsində Zıxır kəndində yerləşən 240 kvadratmetr ərazisi olan məktəb tamamilə yanıb.

2019-cu ildə tikilən və 80 şagird üçün nəzərdə tutulan məktəbdə hazırda 26 şagird təhsil alır. Şagirdlər köhnə məktəbə köçürülüb və odun yanacağı ilə təmin edilib.

R.Hacıyev qeyd edib ki, gələn həftədən etibarən yeni modul tipli məktəbin tikintisinə başlanılacaq.

Xəbər lenti