Logo

Nüfuzlu xarici şirkətdə çalışan məzun: “İkinci şansım olsa, heç düşünmədən BANM-i seçərdim”

02.12.2021 15:18 140 baxış
IMG

Ellada İsazadə Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisası üzrə 2019-cu il məzunudur. Hazırda nəhəng "Schlumberger" şirkətində məsul vəzifədə çalışır.

Ali Məktəbin yaranmasının 10 illiyi münasibətilə təbriklərini çatdıran Ellada İsazadə BANM-də təhsil almağı uğurlarının başlanğıcı hesab edir:

“BANM-dəki illərim həyatımın ən gözəl mərhələsidir. Mənə yüksək təhsil, yaxşı dostlar, peşəkar professor və müəllimlər, unudulmaz xatirələr bəxş edib. Əgər ikinci şansım olsa, heç düşünmədən BANM-də təhsil almağı seçərdim”.
 
Nüfuzlu xarici şirkətdə çalışan BANM məzunu gələcəkdə təhsilini davam etdirməyi düşünür. Ellada İsazadə deyir ki, BANM-də aldığı təhsil və təcrübə onun uğurlu mütəxəssis olmasına zəmin yaradıb:

“BANM mənə bilik və bacarıq və unudulmaz xatirələr qazandırıb. Buna görə də BANM mənim üçün əvəzolunmazdır. Hələ tələbəlik illərindən anlamışdım ki, uğurlu karyera üçün biliklərə dərindən yiyələnmək, sırf qiymət üçün deyil, öyrənmək üçün  oxumaq və təcrübələrdə çox iştirak etmək önəmlidir. Ona görə də uğurumun böyük hissəsini BANM-ə borcluyam. Hörmətli rektorumuz Elmar müəllim başda olmaqla, bütün BANM ailəsini, professor və müəllimlərimizi təbrik edirəm və onlara minnətdarlığımı bildirirəm”.

Xəbər lenti