Logo

Bakıda koronavirusa görə bağlanan məktəb əyani tədrisə qayıdıb

02.12.2021 15:43 547 baxış
IMG

Paytaxtdakı 323 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Tehsil.biz"ə bildirilib ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Xəbər lenti