“Ölkə üzrə 60 faiz məktəb mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib”.
"Tehsil.biz"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, digər məktəblər odun yanacağı və sair vasitələrlə qızdırılır:
“Bakı şəhərindəki məktəblərin əksəriyyətində istiliklə bağlı problem aradan qaldırılıb. Noyabrın 15-də 67 məktəbdə istiliklə bağlı problem vardısa, bu rəqəm indi 20-ə qədər endirilib. Bu proses davam edir. Hər hansı bir məktəbdə qəza ola bilər. Səbəblər müxtəlifdir. Hər zaman Təhsil Nazirliyinə aid olan səbəblər deyil, bəzi hallarda isə obyektiv səbəbdir”.
O qeyd edib ki, ötən il tədris fasilələrlə davam etdiyi üçün hər bir dövr istilik sistemində problem yaradırdı:
“İstilik sisteminin söndürülüb, yandırılması televiziya pultu kimi deyil. Sistem hər dəfə yandırılıb söndürüləndə müəyyən problemlər ortaya çıxır”. (Oxu.az)