Logo

GDU-da Elmi Şuranın növbəti iclası keçirilib

02.12.2021 16:45 755 baxış
IMG

Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir.

İclası giriş sözü ilə universitetin rektoru, professor Yusif Yusibov açaraq şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış etmişdir. Sonra birinci məsələ-2021-2022-ci tədris ilinin payız imtahan sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı universitetin Tədris Departamentinin rəhbəri Elturan Yusifovun hesabatı dinlənilərək müzakirə edilmişdir. 
 Akkreditasiya Kommissiyasının tövsiyyələri ilə əlaqədar hazırlanmış fəaliyyət istiqamətlərinə uyğun yerinə yetirilmiş işlərin hesabatı ilə bağlı universitetin İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənovun hesabatından sonra tarix-coğrafiya fakültəsinin, botanika kafedrasının, Azərbaycan tarixi kafedrasının, fizika və texniki fənlər fakültəsinin 5 illik fəaliyyətləri müzakirə edilmişdir. Çıxış edənlər adları çəkilən fakültə və kafdraların fəaliyyətini qənaətbəxş hesab etmişlər.  

Sonra fransız dili kafedrasının, ümumi riyaziyyat kafedrasının, eləcə də kimya kafedrasının dosenti elmi adını almağa dair vəsatətin qaldırılması ilə bağlı məsələlər  müzakirə olunmuşdur.
 Elmi Şurada universitetin “Fəxri Professoru” adının verilməsi haqqında məsələyə də baxılmışdır.

Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatmışdır.

Xəbər lenti