Logo

Polis Qubada şagirdlərlə görüşüb

02.12.2021 20:08 774 baxış
IMG

Bu gün Quba Rayon Polis Şöbəsi və Quba Rayon Təhsil Şöbəsinin  təşkilatçılığı ilə rayonun Qəçrəş kənd tam orta məktəbində  “Narkotikə yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib. 

Çıxış edən Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Rüstəm Hüseynov müasir dövrümüzdə çox böyük təhlükəyə çevrilərək dünyanı təhdid edən narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. Narkotik asılılığının aludəçilərin faciəvi sonluğuna səbəb olduğunu, belə vasitələrdən onların əhatəsində olan insanların da ciddi zərər gördüyünü qeyd edərək bu fəlakətlə mübarizə istiqamətində görülən işlər haqqında geniş məlumat verib.

Tədbirdə çıxış edən rayon təhsil şöbəsinin  nümayəndəsi Namik Hümbətov da  narkotiklərin hər bir cəmiyyətin gələcəyi üçün çox böyük təhlükə doğurduğunu vurğulayıb. 

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və  narkotik vasitələrin fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilib.

Xəbər lenti