Logo

Məktəb direktoru təhsil nazirinə müraciət etdi

02.12.2021 22:49 1447 baxış
IMG

Tehsil.biz məktəb direktorunun təhsil nazirinə etdiyi müraciəti olduğu kimi təqdim edir:

Azərbaycan Respublikasının Təhsil Naziri Cənab Emin Əmrullayevə Astara şəhər 1 saylı tam orta məktəbin direktoru Əliyeva Xədicə Məmmədəli qızı tərəfindən
 
 Hörmətli cənab nazir !
 
Mən, Xədicə Məmmədəli qızı Əliyeva 25 ildir ki, Astara şəhərində pedaqoji fəaliyyətlə  məşğulam. 2017-ci ildə DİQ müsabiqəsindən uğurla keçərək M.Ə.Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbinə direktor təyin olunmuşam. Tək məqsədim xalqım  üçün vətənpərvər, ziyalı bir nəslin yetişdirilməsində mənim də əməyimin olmasıdır.

Məktəbimiz rayonun qocaman təhsil ocaqlarından biridir. Cumhuriyyətimizin yaşıdı olan məktəbimiz 1917- ci ildən qapılarını yetişən nəslin üzünə açıb və öz ənənələrinə bu günə qədər sadiqdir. Bununla yanaşı müasir təhsil sistemini əhatə edib tətbiq etməkdə birincilər sırasındayıq.

“İcma əsaslı məktəbəqədər təhsil ,”STEAM Azerbaijan”,”Təmayül siniflər”in təşkili layihələri məktəbimizdə icra olunaraq , uğurlar əldə olunur. Belə ki,fənn müsabiqələrində bürünc medal,STEAM layihəsində 3 qızıl medal, fərqlənmə attestatları, “Təhsildə inkişaf və İnnovasiyalar üzrə qrand” müsabiqəsinin məktəb və fərdi kataqoriya üzrə qalıbləri ,ali məktəblərə  yüksək balla qəbul nəticələri bunun bariz nümunəsidir. 

COVİD-19 pandemiyası ilə mübarizə və tariximizə qələbə kimi yazılan ötən tədris ilinin çətinliyinə baxmayaraq , məktəbimizin 36 məzununun 33- ü müxtəlif ali və orta ixtisas məktəblərinə qəbul  olub. XlA sinfinin məzunları xüsusi  fərqlənərək, 17 şagirdimizin hamısı buraxılış və qəbul imtahanlarında yüksək nəticə ilə ali məktəbə daxil olaraq tələbə adını qazanıb.

Məktəbimizin pedaqoji kollektivinin hər bir üzvü ölkədə gedən quruculuq işlərində, eləcə də dövlətin məktəbə, müəllimlərə göstərdiyi diqqət və qayğıya cavab olaraq bütün beynəlxalq və yeli təlimlərdə ,konfranslarda, kurikulum islahatlarının uğurla həyata keçirilməsində yaxından iştirak edirlər.

Ötən il biz şanlı salnaməmizi yazdıq.Uzun illərin torpaq həsrətinə Ali Baş Komandan son verdi. Onun rəhbərliyi altinda müzəffər Azərbaycan  əsgəi dünyaya sübut etdi ki, ”Qarabağ Azərbaycandır!” Biz müəllimlər fəxr edirik ki,bu qəhrəman oğullar bizlərin yetirmələridir. Bizə bu qələbə sevincini yaşadan cənab İlham Əliyevə var olun və həmişə arxanızdayıq deyirik.

Bu ilin oktyabr ayında qardaş Türkiyə Respublikasının İzmir şəhərində “Təhsil idarəçilərinin inkişafı” seminarında iştirak etmişəm. İki həftə davam edən təlimdən inovativ biliklər əldə edərək qayıtmışam.

Hörmətli Cənab Nazir! Yaratdığınız bu gözəl şəraitə görə Sizə təşəkkürümü bildirirəm. Təlimdə olan zaman 5 oktyabr müəllimlərin peşə bayramı münasibəti ilə Sizin tərəfinizdən “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif olunduğumu eşidəndə yaşadığım sevinci ifadə edə bilmədim.

Hörmətli Emin müəllim!

Azərbaycan təhsilinə, biz müəllimlərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə şəxsən öz adımdan, Astara təhsil işçiləri adından dərin təşəkkürümü bildirir, məsuliyyətli işinizdə uğurlar arzu edirəm. 

Hörmətlə:

Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi Əliyeva Xədicə Məmmədəli qız

04.11.2021-ci il

Xəbər lenti