Logo

ADAU tələbələri Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda olublar

03.12.2021 13:15 74 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq ixtisasının tələbələri SYN Agro MMC və Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda (HETİ) olublar.

Tehsil.biz xəbər verir ki, SYN Agro MMC-də baytar həkimi Zahid Tağızadənin verdiyi məlumatlara əsasən südlük iri-buynuzlu cins mal-qaranın yemləndirilməsi, müayinə edilməsi və hər hansı bir xəstəlik problemi yaranmış heyvanın müayinə və müalicə üsullarının tətbiqi qaydalarını icra edib, burada laboratoriya şəraitində analiz etmək üçün inəklərdən qan götürüblər. Tələbələr eyni zamanda heyvanlarda suni mayalanmaya və boğazlıq heyvanların ultrasəs müayinəsinin təyin edilməsi üçün USM aparatının iş prinsipi haqqında məlumatlar da eldə ediblər.

Sonra tələbələr Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda direktor Mahir Hacıyevin təqdimatı ilə bir neçə laboratoriyanın fəaliyyəti ilə tanış olub, yüksək məhsuldar cins heyvanlardan alınan heyvandarlıq məhsullarının emalı və istehsalı texnologiyası, laboratoriya şəraitində müasir fiziki-kimyəvi ekspress üsullarla hazır məhsulun keyfiyyətinin qiymətləndirilməsi prosesləri, eyni zamanda İnstitutun təsərrüfat sahəsində iri-buynuzlu südlük mal-qara, qoyun-keçi, dovşan və quşların saxlanıldığı təsərrüfat sahəsi ilə yaxından tanış olaraq təcrübə toplayıblar.

Xəbər lenti