Logo

DİM əməkdaşları imtahanların təhlükəsizliyinə həsr olunmuş konfransda iştirak ediblər

03.12.2021 15:32 471 baxış
IMG

Dövlət İmtahan Mərkəzinin (DİM) İnformasiyalaşdırma və texnoloji təminat departamenti, Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti, İmtahanların təşkili və idarəedilməsi departamenti və Strateji inkişaf şöbəsinin əməkdaşları 2021-ci il 3-4 noyabr və 1-2 dekabr tarixlərində onlayn keçirilən və imtahanların təhlükəsizliyinə həsr olunmuş 10-cu illik konfransda (#COTS2021) iştirak ediblər.

Builki tədbir konfransın Rəhbər komitəsi və ETS-in birgə təşkilatçılığı ilə keçirilib. Tədbirin tərəfdaşları siyahısında həmçinin Pearson VUE və Prometric kimi təşkilatlar da yer alıblar.

Xatırladaq ki, DİM 2016-cı ildən ETS təşkilatının (Educational Testing Service - Təhsildə Qiymətləndirmə Xidməti) rəsmi test mərkəzi olaraq TOEFL iBT və GRE imtahanlarını keçirir.

Konfrans iştirakçıları qiymətləndirmə sahəsində fəaliyyət göstərən təşkilatların mütəxəssisləri tərəfindən təqdim edilən aşağıdakı məsələlərlə bağlı çıxışlarla tanış olublar:

  • Daha təhlükəsiz test materiallarının tərtibi;
  • İmtahanların təhlükəsizliyi planının yaradılması;
  • Ən yaxşı təcrübənin tətbiqi;
  • İmtahanda köçürmə edən iştirakçıların müəyyən edilməsi üçün statistikadan istifadə;
  • Təhlükəsizlik məlumatlarının maraqlı tərəflərə və ya məhkəmələrə ötürülməsi.

#COTS2021 tədbiri barədə ətraflı məlumatla verilmiş keçiddən tanış olmaq mümkündür: https://conferenceontestsecurity.org/

Xəbər lenti