Logo

Əməkdar artist, klarnet ifaçısı Akif Qürbətovla görüş keçirilib

03.12.2021 16:36 529 baxış
IMG

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində tanınmış klarnet ifaçısı Akif Qürbətovla görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, ifaçını 70 illik yubileyi münasibətilə təbrik edib, Akif Qürbətovun Azərbaycan musiqi mədəniyyətinin ölkəmizdə və onun hüdudlarından kənarda layiqli təbliğini, gənc nəslin musiqi tərbiyəsində uzunmüddətli səmərəli fəaliyyətini yüksək qiymətləndirib.

Azərbaycan musiqisini dünyanın bir çox ölkələrində (İngiltərə, Misir, İraq, İsveçrə, Rusiya, Fransa, Türkiyə, Almaniya və b.) təmsil edən musiqiçi, 2016-cı ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.

Xəbər lenti