Logo

Biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib

03.12.2021 16:53 484 baxış
IMG

Dövlət İmtahan Mərkəzində 2 dekabr 2021-ci il tarixində biologiya və tarix fənlərindən, 3 dekabr 2021-ci il tarixində isə coğrafiya və riyaziyyat fənlərindən  işçi qruplarının iclasları keçirilib.

Gündəlik məsələ fənlər üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub.

Müzakirələrdə tapşırıqların hər biri dərsliklərlə tutuşdurulmuş, doğru cavablar dəqiqləşdirilmişdir. Tapşırıqların rus dilinə tərcümə olunmuş variantları yoxlanılmışdır.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

Ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının 1-ci sayında dərc ediləcək.

İşçi qrupularının növbəti iclası 9-10 dekabr 2021-ci il tarixində olacaq.

Xəbər lenti