Logo

Azərbaycan-Türkiyə birgə Universitetinin yaradılması ilə bağlı brifinq keçirilib

03.12.2021 17:22 330 baxış
IMG

Dekabrın 3-də təhsil naziri Emin Əmrullayev və Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarın iştirakı ilə brifinq keçirilib. 

Tehsil.biz xəbər verir ki, brifinqdə Azərbaycan-Türkiyə birgə Universitetinin yaradılması ilə bağlı suallara aydınlıq gətirilib. Bildirilib ki, universitetin yaradılması ilə bağlı artıq müzakirələrə başlanılıb. Universitetdə Türkiyənin qabaqcıl universitetlərində olan və Azərbaycanda ehtiyac duyulan ixtisaslar tədris ediləcək.

Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti