Logo

BDU-nun alimlərinin bakterial proteomikanın tətbiqi üzrə araşdırmaları davam edir

03.12.2021 17:46 93 baxış
IMG

Bakı Dövlət Universitetinin Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya ETL-in müdiri professor Xudaverdi Qənbər oğlu Qənbərovun həmmüəllifi olduğu “Bakterial proteomika və onun patogenezin öyrənilməsi üçün tətbiqi” (Bacterial proteomics and its application for pathogenesis studies) adlı icmal məqalə Web of Sience bazasında indekslənən Q3 kvartil kateqoriyalı Current pharmaceutical biotechnology jurnalında cap olunub.

(doi: 10.2174/1389201022666210908153234)

Bakteriyaların strukturunda mövcud olan makromolekullar (zülallar, polisaxaridlər, fosfolipidlər və nüklein turşuları) onların həyat qabiliyyətinin saxlanmasında və patogenezində mühüm rol oynayır. İcmal məqalədə bakteriyaların makromolekullarının öyrənilməsinin iki metodla: genomika və proteomika ilə həyata keçirilməsi analiz edilir. Proteomik yanaşma hüceyrədə zülalların identifikasiyasına və funksiyasının öyrənməsinə yollar açır. Nəticədə bakteriyalarda antibiotiklərə davamlığın, bakterial ərpin formalamasının və ətraf mühitə adaptasiyanın və patogenezin mexanizmləri aşkarlanır. Patogenezin mexanizminin bəlli olması bakterial infeksiyaların diaqnostikasını tez, asan və dəqiqliklə aparılmasına imkan verir.

Xəbər lenti